Hindistanda turistlər üçün 12 dildə fəaliyyət göstərən "qaynar xətt" istifadəyə verilib. Ölkənin turizm naziri Maneş Şarma qeyd edib ki, bu layihə çox uğurlu olacaq. Turistlər Hindistanda səfərdə olarkən günün istənilən vaxtı "qaynar xətt"ə zəng vuraraq ingilis, ərəb, rus, fransız, italyan, Çin, ispan, alman və digər dillərdə lazımi məlumat əldə edə bilərlər. Zənglər pulsuzdur. Turistlər 1800111363 və ya 1363 nömrələrinə zəng vurmaqla səfər haqqında düzgün məlumat ala və ya hər hansı çətinliyə düşərkən kömək istəyə bilərlər.
Nazirlik yaxın vaxtlarda xüsusi mobil proqramı istifadəyə verməyi də planlaşdırır. Turistlər "Incredible India" proqramı vasitəsilə ölkə haqqında bütün məlumatları əldə edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar