Turizm əməkdaşlığının perspektivləri müzakirə edilib

Xəbər verdiyimiz kimi, fevralın 11-dən 13-dək İtaliyanın Milan şəhərində keçirilən “BİT 2016” beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunub. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətləri artıq dördüncü dəfə Milanda keçirilən “BİT” turizm sərgisində iştirak ediblər.
Azərbaycan stendi sərgi iştirakçıları və ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Ölkəmizin stendini sərgidə iştirak edən Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman, nazirliyin şöbə müdiri Əhməd Temurçi və Türkiyənin Milan şəhərindəki baş konsulu Hami Aksoy da ziyarət edib.
Azərbaycanın turizm imkanlarından bəhs edən çap məhsulları nümayəndə heyətinin marağına səbəb olub, onlara ölkəmizdə turizm sektorunun mövcud vəziyyəti haqqında geniş məlumat verilib.
Türkiyə və Azərbaycan arasında xüsusilə son illər ərzində həyata keçirilən əməkdaşlıq layihələrinin əhəmiyyətini qeyd edən nazir müavini Azərbaycanın turizm sahəsində uğurlarının da sevindirici olduğunu deyib. Söhbət zamanı ölkələrimizin turizm əməkdaşlığı və gələcək perspektivlər müzakirə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar