113 ölkədən 776 tədqiqatçının araşdırma nəticələrinin daxil olduğu “Turizm ensiklopediyası” “Springer” beynəlxalq nəşriyyat şirkətinin indeksi ilə çap olunub.
Ensiklopediyaya Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun “Azərbaycan, turizm” məqaləsi də daxil edilib. Müəllif məqalədə Azərbaycan Respublikası haqqında ümumi məlumat verməklə yanaşı, ölkəmizin zəngin tarixi və mədəni irsinə də nəzər yetirib. Yazıda Qərb və Şərq sivilizasiyasının qovşağında yerləşən Azərbaycanda tarixən tolerantlıq və qonaqpərvərlik xüsusiyyətlərinin yüksək səviyyədə olduğu vurğulanır.
Qeyd edilir ki, xidmət mədəniyyətinin yüksək olması turizm sənayesinin inkişafına da təkan verir. Bundan başqa, müəllif yazısında ölkənin əsrarəngiz təbiətindən - qoruq və milli parklar, mineral bulaqlar və zəngin florasından söhbət açır.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar