Fevralın 16-da İran İslam Respublikasının Tehran şəhərində beynəlxalq hotel, səyahət və turizm sərgisi ("HT&T İran Hotel, Travel & Tourism İnternational Exhibition") işə başlayıb. Sərgidə Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri iştirak edir. Ölkəmizin nümayəndə heyətinə nazirliyin Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov, 10 turizm şirkəti və mehmanxananın əməkdaşları daxildir.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 32 kvadratmetr sahədə stend qurulub. Stendimiz sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Tehran turizm sərgisində ikinci dəfə iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar