Martın 5-də Bakıdakı “Park Bulvar” ticarət və əyləncə mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən növbəti “Mövsüm Səyahət Yarmarkası” keçiriləcək.
Dördüncü dəfə təşkil olunan yarmarka daxili turizmin dəstəklənməsi və təbliği, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Novruz bayramı, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif istiqamətlər üzrə turpaketlərin potensial müştəri kütləsinə təqdim edilməsi məqsədi daşıyır.
Yarmarkada Türkiyəyə yay mövsümü səyahətləri ilə bağlı erkən rezervasiya haqqında da ətraflı məlumat veriləcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar