Xəbər verdiyimiz kimi, Azərbaycan fevralın 16-da Tehranda işə başlayan 9-cu beynəlxalq hotel, səyahət və turizm sərgisində ("HT&T İran Hotel, Travel & Tourism İnternational Exhibition") təmsil olunur.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov və 10 turizm şirkəti və mehmanxana əməkdaşından ibarət heyət iştirak edir.
Builki sərgiyə 50-dən çox ölkədən 400-dən artıq turizm şirkəti qatılıb. Tehranın “Nümayişqah Beynəlmiləl” sərgi salonunda 40 kvadratmetr sahədə qurulan Azərbaycan guşəsi ölkəmizin gəzməli və görməli yerlərini, hotellərini, hava limanlarını əks etdirən fotoşəkillərlə bəzədilib. Ziyarətçilərə ölkəmiz haqqında məlumat verib, broşürlər və kitabçalar paylanılır.
Nazirliyin sektor müdiri S.Həsənov bildirib ki, iranlılar Azərbaycan stendinə böyük maraq göstərirlər. Onlar Bakıda keçiriləcək Novruz bayramı şənliklərinə qatılmaq üçün sərgidə iştirak edən Azərbaycanın turizm şirkətlərinə sifarişlər də verirlər. Bu il martın ikinci yarısında Bakıya əvvəlki illərə nisbətən daha çox iranlı turistin gələcəyi gözlənilir.
Qeyd edək ki, İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra ilk dəfə olaraq sərgiyə Avropa ölkələrinin və ABŞ-ın da turizm şirkətləri qatılıb.
Sərgidə Rusiya, Türkiyə, Vyetnam, Malayziya, Fransa, İtaliya və başqa ölkələr təmsil olunublar. Sərgi fevralın 20-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar