Azərbaycanın turizm imkanlarının tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Rusiyada ölkəmizin turizm nümayəndəliyi yaradılıb. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə Moskva şəhərində fəaliyyət göstərən “Tur A Vent” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, şirkət tərəfindən 2017-ci ilin fevral ayınadək marketinq planı hazırlanıb və nazirlik tərəfindən təsdiq edilib.
Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq prioritet ölkələrdən hesab olunan Rusiyada təbliğat işinin gücləndirilməsi olduqca vacibdir və nümayəndəliyin əsas fəaliyyəti bundan ibarət olacaq.
Fevralın 24-də Moskva şəhərində turizm nümayəndəliyinin rəsmi açılışı keçiriləcək. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyada yaşayan Azərbaycan diasporunun fəalları, iki ölkənin turizm şirkətləri və mehmanxanalarının təmsilçiləri iştirak edəcək.
Mərasimdə Azərbaycanın qış turizmi, sağlamlıq turizmi, mətbəx turizmi, mədəni turizm, ovçuluq turizmi və s. turizm növlərinin təqdimatı keçiriləcək.
Xatırladırıq ki, artıq bir neçə ildir Birləşmiş Ərəb Əmirliklərində və Almaniyada Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar