Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində elektron təbliğatı gücləndirmək məqsədilə elektron xəbər bülletenlərinin (e-newsletter) hazırlanmasına başlayıb. İlk xəbər bülleteni 17 fevralda yayımlanıb.
Elektron xəbər bülletenləri rəqəmsal marketinq fəaliyyətinin bir hissəsi kimi ən effektiv alətlərindən biri hesab edilir. Bülleten bir neçə bölmədən ibarət olmaqla ölkəmizin turizm sənayesində baş verən önəmli hadisələr və yeniliklər, eləcə də Azərbaycanın ev sahibi və ya iştirakçı olacağı mühüm tədbirlər barədə məlumatları əks etdirir.
Bülletendə ölkəmizdə yaxın aylarda keçiriləcək Lüsern Dünya Turizm Forumu, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, eləcə də 15-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi kimi mühüm tədbirlər barədə keçidlər yerləşdirilib. Bülletendə həmçinin Şahdağda xizəksürmə, Novruz bayramı, Bakıda “Formula 1” yarışının Avropa Qran-prisi haqqında da xəbərlər var.
Bülletenin ilk buraxılışı müxtəlif ölkələrin turizm sahəsi üzrə fəaliyyət göstərən 3 mindən artıq peşəkarlarına çatdırılıb. Növbəti aylarda hədəf auditoriyanın bir neçə dəfə artırılması istiqamətində iş aparılır.
info@azerbaijan.travel elektron poçt ünvanının mövzu hissəsinə “subscribe” sözünü göndərməklə aylıq yayımlanan bülletenə abunə yazılmaq mümkündür.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar