Fevralın 25-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən Tvinninq proqramının “Azərbaycanda sosial xidmət təminatının inkişafı” layihəsi çərçivəsində görüş təşkil olunub.
Tədbirdə layihənin daimi tvinninq müşaviri Herbert Paulişin və baş mütəxəssis Ana Raduleşku ali təhsil ocağının sosial iş ixtisası üzrə III kurs bakalavr və II kurs magistr tələbələri ilə istehsalat və elmi tədqiqat təcrübəsinin təşkili, həmçinin nəzərdə tutulan icra müddəti ərzində görüləcək işlər barəsində fikir mübadiləsi aparıblar. Layihə çərçivəsində növbəti görüşlər aprel ayının əvvəllərinə planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar