Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi və digər klassik Azərbaycan şairlərinin Çexiya Milli Kitabxanasının fondunda aşkarlanan XVII-XVIII əsrlərə aid qiymətli əlyazmaları ətraflı şəkildə tədqiq olunacaq.
   
   Azərbaycan Milli Kitabxanasından verilən məlumata görə, bu məqsədlə azərbaycanlı mütəxəssis Praqaya ezam olunacaq.
   Əlyazmalar Milli Kitabxananın direktoru Kərim Tahirovun bu yaxınlarda Praqaya səfəri çərçivəsində Çexiya Milli Kitabxanasının fondunda aşkarlanıb. Əlyazmaların titul vərəqlərinin və son səhifələrinin fotosurəti çıxarılaraq Azərbaycana gətirilib.
   Çexiya Milli Kitabxanasında qorunan qiymətli əlyazmaların Bakıya gətirilməsi və payızda Azərbaycan Milli Kitabxanasının binasında sərginin təşkil olunması barədə razılıq əldə olunub. Sərginin keçirilməsi azərbaycanlı alim və mütəxəssislərin bu işlə daha yaxından maraqlanmasına, elmi tədqiqatların aparılmasına yaxından kömək göstərəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar