Azərbaycana beynəlxalq sərmayələri cəlb etməklə, ölkəmizi görüşlər məkanına çevirmək istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu daha bir uğura imza atıb. Büronun təşəbbüsü və dəstəyi ilə “Baku Glass 2016” beynəlxalq tədbiri ölkəmizdə keçirilir.
Martın 1-də “Holiday Inn Baku” hotelində işə başlayan tədbir İtaliya, Almaniya, Rusiya və Türkiyədən şirkət və təchizatçıları bir araya gətirib.
“Baku Glass 2016” Təşkilat Komitəsi beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə təşkil olunması məqsədilə Azərbaycan Konqreslər Bürosuna müraciət edib. Büro isə öz növbəsində tədbirin uğurla keçirilməsi və bütün tərəflərin bu tədbirdən tam şəkildə faydalana bilməsi üçün böyük səylə çalışıb.
Qafqazda şüşə istehsalı sahəsi və emal sənayesində çalışan təchizatçı, mütəxəssis, rəhbər və beynəlxalq ekspertlər bu sahədəki ən son yenilikləri öyrənmək, biznesi inkişaf etdirmək və müzakirələr aparmaq üçün Bakıda görüşmək imkanı əldə edib.
İki gün davam edəcək tədbirin iştirakçıları ölkəmizin turizm sahəsinin təqdim etdiyi imkanlarla, yaradılan infrastruktur, dəbdəbəli mehmanxana və möhtəşəm məkanlarla da tanışlıq imkanı qazanacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar