Fevralın 25-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Tvinninq proqramının “Azərbaycanda sosial xidmət təminatının inkişafı” layihəsi çərçivəsində görüş keçirilib.
Layihənin müşaviri Herbert Paulişin və baş mütəxəssis Ana Raduleşku universitetin sosial iş ixtisası üzrə III kurs bakalavr və II kurs magistr tələbələri ilə istehsalat və elmi-tədqiqat təcrübəsinin təşkili, həmçinin nəzərdə tutulan icra müddəti ərzində görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, qeyd olunan layihə çərçivəsində sosial iş ixtisasında təhsil alan tələbələrin təcrübə semestrinə, o cümlədən yay tanışlıq təcrübəsinə dəstək veriləcək.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar