Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikamızın turizm imkanlarının tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə müxtəlif ölkələrdə Azərbaycanın turizm nümayəndəlikləri yaradılır.
Fevralın 29-da İstanbul şəhərində Azərbaycanın Türkiyə üzrə turizm nümayəndəliyinin açılışı keçirilib. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, İstanbul şəhərinin rəhbərliyinin təmsilçiləri, diplomatlar, bir sıra yerli turizm assosiasiyalarının rəhbərləri, həmçinin Azərbaycan və Türkiyə turizm şirkətlərinin, mehmanxanalarının nümayəndələri, media mənsubları iştirak ediblər.
Mərasimdən əvvəl mətbuat konfransı keçirilib. Azərbaycanın sosial-iqtisadi inkişafı, tarixi, qədim mədəniyyət abidələri və turizm imkanlarını əks etdirən sənədli film nümayiş etdirilib. Filmdə iyun ayında Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışı barədə də geniş məlumat verilib.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, millət vəkili Qənirə Paşayeva, “Gateway Managemental” şirkətinin rəhbəri Halis Çakmak, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və başqaları layihənin əhəmiyyətindən bəhs ediblər.
Məlumat verilib ki, nümayəndəliyin açılması Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə İstanbulda fəaliyyət göstərən “Gateway Managemental” A.Ş. arasında əldə olunmuş razılıq əsasında həyata keçirilib.
Bildirilib ki, artıq bir neçə ildir Azərbaycanın turizm nümayəndəliyi Birləşmiş Ərəb Əmirliklərində və Almaniyada fəaliyyət göstərir. Fevralın 24-də Rusiyada turizm nümayəndəliyi fəaliyyətə başlayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar