Səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı martın 5-də Bakıda işə başlayacaq.
Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, bir sıra ölkələrin turizm nazirləri, turizm üzrə tanınmış ekspertlərin qatılacağı toplantı “İnkişafda olan turizm məkanları üçün müvəffəqiyyət faktorları” mövzusuna həsr olunub.
Martın 6-dək davam edəcək toplantıda növbəti on il ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensiyalar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar