Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi kimi fəaliyyətə başlayan “Tour A Vent” şirkəti (Moskva) tərəfindən fevralın 27-dən martın 2-dək ölkəmizə ilk infotur təşkil olunub. İnfoturda Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri iştirak ediblər.
Nümayəndə heyəti Bakı ilə yanaşı, “Şahdağ” Turizm Mərkəzinə də səfər edib. Qonaqlar burada hotellərdə yaradılan şərait, infrastruktur və xidmətlərlə tanış olub, qondola və kanat yollarından istifadə edərək mərkəzdəki yüksəkliklərdən ətraf mənzərəni seyr edib, xizək sürüblər.
Həmçinin, səfərin sonunda nümayəndə heyəti Şabran rayonunda yerləşən “Qalaaltı Hotel & Spa” kompleksi ilə də tanış olub.
Qeyd edək ki, fevralın 24-də Moskvada Azərbaycanın Rusiya üzrə turizm nümayəndəliyi açılıb. 2017-ci ilin fevral ayınadək “Tour A Vent” şirkəti tərəfindən təbliğat-təşviqat işləri həyata keçiriləcək. Nümayəndəlik tərəfindən belə turların il ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar