Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetində təşkil olunmuş “Beynəlxalq həftə”nin iştirakçısı olub.
Səfər universitetlərarası qarşılıqlı anlaşmaya əsasən həyata keçirilməsi nəzərdə tutulan “Erasmus Mundus” proqramının “KA-1” layihəsi çərçivəsində gerçəkləşib.
ATMU-nun əməkdaşı universitetlərdə beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi, turizmdə müasir araşdırma mövzuları, təhsilin keyfiyyətinin yüksəldilməsi və sair istiqamətli panellərdə, o cümlədən təhsil sərgisində iştirak edib. “Dünya ölkələrində turizmin vəziyyəti”nə həsr olunmuş paneldə Azərbaycanda turizmin müasir vəziyyəti, son illərdə turizm sektorunda görülən əhəmiyyətli işlər, o cümlədən ATMU-nun təhsil strategiyası haqqında iştirakçılara ətraflı məlumat verib.
Əldə olunan razılığa əsasən aprel ayında Kajaani Tətbiqi Elmlər Universitetinin müəllimi qısa müddət ərzində ATMU-da turizm ixtisası üzrə müvafiq fənni tədris edəcək.
ATMU-nun mətbuat xidmətindən verilən məlumatda da bildirilir ki, hazırda turizm və qonaqpərvərlik ixtisasının 2 tələbəsi sözügedən proqram çərçivəsində Kajaani Tətbiqi Elmlər Universitetində təhsil alır. Yeni tədris semestrində də tələbə mübadiləsinin təşkil olunması nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar