Azərbaycan Konqreslər Bürosunun növbəti treninqi keçirilib

Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu öz tərəfdaşları üçün növbəti treninq təşkil edib. AKB-nin bu il üzrə ikinci təlimi martın 7-də “Hilton Baku” mehmanxanasında keçirilib.
Sərgilərdə iştirakın səmərəliliyinin artırılması yolları üzərində qurulan təlim büronun icraçı direktoru Florian Sengstschmid tərəfindən aparılıb. Təlimdə AKB-nin üzvü olan mehmanxana və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin 30-dan artıq peşəkar nümayəndəsi iştirak edib.
Belə təlimlərin keçirilməsi yerli turizm şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, turistlərin sayının artırılması və bunun sayəsində də gəlirlərin artırılması üçün olduqca əhəmiyyətlidir.
Təlimdə müzakirələr əsasən ixtisaslaşmış ticarət sərgiləri, belə sərgilərin əhəmiyyəti, marketinq üsulları, ticarət sərgiləri zamanı, ondan əvvəl və sonra atılacaq addımlar kimi mövzuları əhatə edib.
Əsas məqsədi ölkəmizi dünyanın görüşlər məkanına çevirmək olan Azərbaycan Konqreslər Bürosu aktiv şəkildə öz üzvləri ilə birgə görüşlər sənayesi tədbirlərində iştirak edir. Tədbir zamanı iştirakçılar geniş fikir mübadiləsi edib və sərgilərdə Azərbaycan stendinin daha da maraqlı, gözəgəlimli tərtib olunması və turizm məkanı olaraq ölkəmiz haqqında daha dolğun informasiyanın təqdim olunması istiqamətində öz fikirlərini bölüşüblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar