Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın tarixinin, mədəniyyətinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəblilər üçün “Ölkəmizi tanıyaq” devizi altında səyahət turlarının növbəti mərhələsi keçiriləcək.
16-19 və 24-27 mart tarixində keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində 54 şəhər və rayondan 1980 nəfər IX-XI sinif şagirdinin Azərbaycanın bölgələrinə səfəri nəzərdə tutulub.
Ölkə gəncləri Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Lerik, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar və Xaçmazda tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən məkanlara baş çəkəcəklər.
2014-cü ilin avqust ayından bəri 4 mərhələdə keçirilmiş aksiyalar 74 şəhər və rayonu əhatə edib, 5155 məktəbli turların iştirakçısı olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar