Novruz bayramı münasibətilə “Şahdağ“ Turizm Mərkəzində martın 18-dən başlayaraq xüsusi Novruz əyləncələri təşkil olunacaq. Bayramı qarlı Şahdağın yamacında, fərqli bir mühitdə keçirmək istəyənlər buraya üz tuta bilərlər.
Qeyd edək ki, hər il Novruz ərəfəsində turizm mərkəzini ziyarət edənlərin sayı artır. Bu il də bayramı “Şahdağ” Turizm Mərkəzində qarşılamaq istəyənlər buraya xeyli maraq göstərirlər. Bunu nəzərə alaraq Novruz bayramı münasibətilə elan olunan xüsusi təkliflər mart ayının sonunadək uzadılıb. Beləliklə, qışın son və baharın ilk günlərini daha yaddaqalan və maraqlı etmək istəyənlər üçün Şahdağın yamacları və yolları hər zaman açıqdır.
Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində qış turizm mövsümü ənənəvi olaraq dekabr ayından aprel ayınadək davam edir. Mövsüm başlayandan bu günədək turizm mərkəzini ziyarət edənlərin sayı isə 60 mindən çox olub. Hotellərin bronlaşdırılması və öncədən sifariş üçün “Şahdağ” Turizm Mərkəzinin Bakıda, Bülbül prospekti 26 ünvanında informasiya mərkəzinə müraciət etmək tövsiyə olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar