Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən və ölkəmizə beynəlxalq investisiyaların, müxtəlif forum və tədbirlərin cəlb olunması, respublikamızın biznes turizmi imkanlarının təbliği ilə məşğul olan Azərbaycan Konqreslər Bürosu üçüncü dəfə İstanbulda “ACE of MICE” - konqres, görüş və tədbirlər sahəsi üzrə beynəlxalq sərgidə iştirak edib.
Türkiyənin işgüzar turizm bazarında önəmli yer tutan “ACE of MICE 2016” sərgisi 16-18 mart tarixində gerçəkləşib. Büronu tədbirdə satış və marketinq üzrə menecer Ayan Zeynalova təmsil edib. Türkiyənin Azərbaycan üçün önəmli bazarlardan biri olduğunu nəzərə alaraq, bu tədbirdə Azərbaycan Konqreslər Bürosunun bir sıra tərəfdaş və üzvləri də iştirak edib.
“ACE of MICE” sənayenin peşəkarlarını bir araya gətirir, milli və beynəlxalq səviyyədə sektoru araşdırmağa yardımçı olur, həmçinin yeni müştərilər qazanmaq üçün qlobal platforma təklif edir. Bu il sərgiyə 270-ə yaxın şirkət, 660-dan çox təcrübəli alıcı və 12 minə yaxın ziyarətçi qatılıb. Tədbir zamanı Türkiyənin müvafiq assosiasiya və cəmiyyətləri ilə bir sıra görüşlər keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar