ATMU-nun rektoru Florensiyada məruzə ilə çıxış edib
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov İtaliyanın Florensiya şəhərində Romualdo Del Blanko Fondu tərəfindən təşkil olunan 18-ci Beynəlxalq Baş Assambleyada iştirak edib.
“Ərazi inkişafı naminə mədəniyyətlərarası dialoq üçün təlim icmaları” adlanan tədbirdə Cəfər Cəfərovun “Azərbaycanda turizm və mədəniyyət, xüsusilə qeyri-maddi mədəni irsin qarşılıqlı əlaqəsi” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə 31 ölkədən nümayəndələr mədəni və elmi əlaqələrin qurulması, universitetlərlə əməkdaşlığın yaradılması və əhəmiyyəti mövzusunda müzakirələr aparıblar.
Dünyada mədəni irsin və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı layihələr həyata keçirən Romualdo Del Bianko Fondu 1998-ci ildən fəaliyyət göstərir.
F.Hüseynov