Moskvada keçirilən “Conde Nast Traveller Luxury Travel Fair” beynəlxalq sərgisi zamanı “Ata Travel” şirkəti ilə Yaponiyanın “H.İ.S. İnternational Tours.ru” şirkəti arasında əməkdaşlıq müzakirə edilib.
Görüşdə Azərbaycanın gözəl təbiəti, müalicəvi məkanları, zəngin tarixi, mədəniyyəti və mətbəxi, qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib. Danışıqların yekunu olaraq birgə əməkdaşlıq çərçivəsində qarşılıqlı infoturların keçirilməsi planlaşdırılıb. İlk olaraq Yaponiyanın turizm şirkətləri Azərbaycana infotura gələcəklər. “Excelsior Hotel Baku” hoteli infoturun tərəfdaşı kimi iştirak edəcək.
Qeyd edək ki, sərgidə Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Litva, Latviya və Estoniyadan 800-dən artıq qabaqcıl turizm sənayesi nümayəndəsi, mehmanxana şəbəkələri və assosiasiyaları, lüks hotel və kurortları, konsyerj xidmətləri, aviaşirkətlər və biznes-aviasiya, tibbi və spa-klinikalar, kruiz şirkətləri, turizm sahəsində eksklüziv xidmətlər göstərən şirkətlər təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar