Polşada Azərbaycan mətbəxinə dair üç kitab çap olunub
Ölkəmizin Polşadakı səfirliyi Varşava Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan mətbəxi” seriyasında üç kitab çap etdirib. Milli mətbəx nümunələrimiz haqqında “Azərbaycan dolması”, “Azərbaycan lavaşı” və “Aş, xaş, lavaş” kitabları polyak dilində nəşr olunub.
Səfirlikdən bildirilib ki, çap olunmuş kitabların üzərində vaxtilə Ağdamda fəaliyyət göstərmiş “Çörək muzeyi”, Naxçıvandakı Möminə Xatun türbəsi və Şəki şəhəri haqqında məlumatlar yerləşdirilib. Kitablar Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.
Qeyd edək ki, son illər səfirlik tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ölkəmizin mədəniyyət, incəsənət və mətbəxinə aid Azərbaycan-Polşa seriyalarında polyak dilində 38 adda kitab çap olunub.