Bakıda uşaqlarda serebral iflic xəstəliyinə dair seminar keçirilib

Bakıda Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının və Türkiyə Spastik Uşaqlar Vəqfinin birgə təşkilatçılığı ilə uşaqlarda mövcud olan serebral iflic xəstəliyinin müayinə, müalicə və reabilitasiyasına həsr olunmuş seminar keçirilib. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələri və aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Assosiasiyanın sədri Ruslan Quliyev seminarda çıxış edərək bildirib ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən tibbi turizm sahəsində geniş əlaqələr qurulub. Onun sözlərinə görə, rəhbərlik etdiyi assosiasiya artıq iki ildir Türkiyənin sözügedən fondu ilə əməkdaşlıq edir və bunun nəticəsidir ki, serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqlara həsr olunmuş seminar Bakıda artıq ikinci dəfədir gerçəkləşdirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Oqtay İbrahimov təmsil etdiyi qurumun belə tədbirlərin təşkilində maraqlı olduğunu deyib və bu məsələdə təşkilatçılara köməyini əsirgəməyəcəyini bildirib.
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor İbadulla Ağayev serebral iflic xəstəliyinə azərbaycanlı körpələrdə də tez-tez rast gəlindiyini deyib və qeyd edib ki, ümumiyyətlə, dünyada qeyri-infeksion xəstəliklər geniş yayılıb.
Türkiyə Spastik Uşaqlar Vəqfinin baş direktoru Nigar Evgin qurum barədə məlumat verib. Onun sözlərinə görə, 1970-ci ildə kiçik bir dərnək kimi fəaliyyətə başlayan qurum 1980-ci ildə böyük bir təşkilat statusunu alıb. Vəqfin əsas fəaliyyəti serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların müəyyən edilməsindən, onların müayinə, müalicə və reabilitasiyasını təşkil etməkdən, daha sonra isə bu uşaqların cəmiyyətə adaptasiya olunmasına kömək etməkdən ibarətdir.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar