Aprelin 1-də Qazaxıstanın bir sıra turizm şirkətləri, həkim-mütəxəssis iş adamları və kütləvi informasiya vasitələri nümayəndələri üçün Azərbaycana infotur təşkil olunub. Səfər Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının təşkilatçılığı, “Qaşaltı Naftalan”, “Qafqaz Yengicə Termal& Spa” və “New Baku” hotellərinin dəstəyi ilə həyata keçirilir.
İnfotur iştirakçıları Bakı, Qəbələ, Şəki və Naftalanın turizm və təbii üsulla müalicə imkanları ilə yaxından tanış olacaq, bir sıra rəsmi görüşlərdə iştirak edəcəklər. Həmçinin “Skal İnternational Baku” təşkilatının dəstəyi ilə “Azərbaycanda turizm” mövzusunda seminarda iştirak nəzərdə tutulur.
Nümayəndə heyəti 7 aprel tarixində Bakıda keçiriləcək 15-ci “Turizm və səyahətlər” sərgisində (AİTF 2016) də iştirak edəcək. İnfotur 8 aprel tarixinədək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar