Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin prorektoru İsmayıl Bakan Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Tədris işləri üzrə prorektor Eldar Aslanovla görüşdə ATMU-nun Türkiyənin nüfuzlu universitetləri, eləcə də müvafiq təşkilatları ilə işgüzar əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb. Mövlanə Mübadilə Proqramı çərçivəsində ATMU-nun tərəfdaş universitetlərlə tələbə və müəllim mübadiləsi sahəsində fəaliyyətinə daha çox diqqət ayrılıb. Qarşılıqlı razılaşmaya əsasən, növbəti tədris ilindən ATMU-nun Mövlanə Mübadilə Proqramı çərçivəsində Kahramanmaraş Sütçü İmam Universiteti ilə bir sıra istiqamətlərdə əlaqələrin qurulması nəzərdə tutulur. Tərəflər magistratura təhsili pilləsində də əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.