Aprelin 7-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə“Xanədan” restoranında tanınmış kulinar, AMKA-nın idarə heyətinin üzvü, usta aşpaz Oruc Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov yubilyarı təbrik edib, onun 40 ildən çox davam edən aşpazlıq fəaliyyəti haqqında məlumat verib.
Bildirib ki, Oruc Əliyev ölkəmizin mətbəx mədəniyyətini Malta, Almaniya, Misir, Türkmənistan, Moldova, Fransa, ABŞ, Malayziya və digər ölkədə layiqincə təbliğ edib.
Yubiley tədbirində usta aşpaza 60 yaşı və 40 illik əmək fəaliyyəti münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, Respublika Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Milli Kulinariya Mərkəzinin və AMKA-nın fəxri fərmanları təqdim olunub.
Qərbi Azərbaycanda - Uluxanlı mahalının Zəngilər kəndində dünyaya göz açdığını söyləyən yubilyar bu sənətə gəldiyi üçün qəriblikdə qalan doğma yurduna, valideynlərinə minnətdar olduğunu söyləyib. Bildirib ki, əgər o torpaqda yetişən nemətlərin dadı-duzu olmasaydı, ailəsində o təamları dadmasaydı, bəlkə də bu sənətə ürəkdən bağlana bilməzdi.
Yubiley tədbiri incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar