"Şahdağ" Turizm Mərkəzi qış mövsümünü bağlı elan edib. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mərkəzdə qış mövsümü ənənəvi olaraq dekabr ayından aprel ayına kimi davam edir. Bu mövsüm ərzində turizm mərkəzini 75 mindən çox turist ziyarət edib.
Mərkəzin əsas məqsədlərindən biri də Azərbaycanda xizəksürmənin və qış idman növlərinin inkişafına nail olmaqdır. Buraya üz tutanların 40 faizi məhz xizək sürmək üçün gələn həvəskarlardır.
"Şahdağ" Turizm Mərkəzinin tanıdılması və əcnəbi turistlərin cəlb edilməsi məqsədilə bu mövsüm ərzində də mühüm addımlar atılıb, xarici turizm şirkətləri üçün infoturlar təşkil olunub. Mərkəz Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edib. Artıq yay mövsümü üçün hazırlıqlara start verilib.
İyun ayından sentyabr ayına kimi davam edəcək yay mövsümünün açılışınadək mərkəzdə fəaliyyət göstərən hotellər qonaqların ixtiyarında olacaq. Xüsusilə sağlamlıq və bərpaedici proqramlar əsasında beynəlxalq dərəcəli mütəxəssislərin çalışdığı SPA xidməti mövsümlərarası dövrdə qonaqların rahatlığı üçün ən uğurlu seçim ola bilər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar