Bu ölkədən turistlər Bakıdakı “Formula-1” yarışlarına maraq göstərir
Bakıda keçiriləcək “AİTF-2016” Azərbaycan beynəlxalq “Turizm və Səyahətlər” sərgisində Monteneqro Respublikası da geniş nümayəndə heyəti ilə təmsil olunur. Bu barədə qəzetimizə məlumat verən Monteneqronun ölkəmizdəki fəxri konsulu Vüqar Əliyev bildirdi ki, respublikamız Monteneqro üçün vacib turizm bazarlardan biridir. Artıq üç ildir ki, Azərbaycandan bu ölkəyə birbaşa uçuşlar həyata keçirilir: “2015-ci ildə 6 min nəfərə yaxın Azərbaycan vətəndaşı bu ölkəyə səfər edib. Monteneqrodan də buraya gələnlər var. Əsas hədəfimiz də onların sayının artmasına nail olmaqdır”.
Müsahibimiz qeyd etdi ki, çarter uçuşlarının bu il də davam etdirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir.
Fəxri konsul onu da bildirdi ki, iyunda Bakıda keçiriləcək “Formula-1” yarışlarını izləmək üçün Monteneqro vətəndaşları müraciət edirlər. Artıq 16 nəfərlik heyətin Bakıya səfəri dəqiqləşib. Amma müraciətlər davam edir.
F.Hüseynov