Kitab-albomda maraqlı turistik məlumatlar da yer alıb

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi və ümumi redaktəsi ilə “Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb. Kitab-albomu AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Memarlıq və İncəsənət İnstitutu birgə hazırlayıb.
400-dən artıq fotoşəkil, açıqlama və turistik məlumatdan ibarət kitab-albom AMEA-nın 70 illiyi münasibətilə hazırlanıb və 500 tirajla nəşr olunub.
Azərbaycanın füsunkar gözəlliklərini - əsrarəngiz təbiət mənzərələrini və onlarla ahəngdarlıq yaradan memarlıq incilərini əks etdirən bu nəşrdə ölkəmizin təbii-coğrafi bölgələri - Böyük Qafqaz, Kür-Araz, Kiçik Qafqaz, Lənkəran və Naxçıvanın təbii möcüzələri ayrıca fəsillərdə oxuculara təqdim edilir.
Kitab-albom ölkəmizə gələn turistlər üçün də çox faydalıdır.