“AİTF-2016" sərgisi çərçivəsində "Hilton Baku" hotelində "Adonis" beynəlxalq topdansatış səyahət sisteminin təqdimatı keçirilib. Təqdimatda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellərin nümayəndələri iştirak ediblər.
"Adonis"in İstanbul ofisinin rəhbəri Salih Gözcü mətbuata açıqlamasında bildirib ki, artıq 8 ildir hər il Bakıda "AİTF" sərgisi zamanı belə təqdimat keçirirlər. Onun sözlərinə görə, bu onlayn sistemin istifadəçiləri bütün dünyada 10 min turizm istiqaməti üzrə 300 min hotel sifariş verə bilərlər. Azərbaycanın da 180 turizm şirkəti hazırda bu sistemə qoşulub. Ötən il sistem vasitəsilə 10 min nəfər azərbaycanlı turistə xidmət göstərilib.
Şirkət təmsilçisi bildirib ki, sifariş zamanı turist qalacağı hotel barədə istədiyi bütün məlumatları adonis.com saytı vasitəsilə əldə edə bilər. Sistem orada yerləşdirilən məlumatların düzgünlüyünə tam təminat verir. Onlayn rezervasiyanın üstünlüklərindən biri də sifarişin bir neçə dəqiqəyə reallaşdırılmasıdır.
Sistemin Türkiyədə İstanbul və Antalya, eləcə də Dubay və Tunis ofisləri fəaliyyət göstərir. Salih Gözcü qeyd edib ki, hazırda turist səfərləri daha çox şirkətlər vasitəsilə təşkil edilsə də, ilbəil onlayn sistemlərlə sifarişlər artır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar