Aprelin 12-də Çinin paytaxtı Pekində işə başlayan “COTTM-2016” beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunur. Sərgiyə Mədəniyyət və Turizm Nazirliyi, “Geo travel”, “The tour”, “Regea travel”, “AzTerra travel” turizm şirkətləri və “Azərbaycan Hava Yolları”nın nümayəndələrindən ibarət heyət gedib.
Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 39 kvadratmetr sahə icarəyə götürülüb və ziyarətçi və iştirakçılara paylanması üçün Çin və ingilis dillərində reklam-çap məhsulları ilə təmin olunub.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, Pekində keçirilən “COTTM” beynəlxalq turizm sərgisində iştirak edir. Bu il tədbirdə 60-dan çox ölkə təmsil olunur. Sərgi aprelin 14-dək davam edəcək.