Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakültəsində “QHT Məktəbi”nin yaz təlimlərini müvəffəqiyyətlə başa vurmuş iştirakçılara diplomlar təqdim olunub.
Tədbirdə çıxış edən rektor Cəfər Cəfərov keçmiş SSRİ məkanında ilk dəfə 2002-ci ildə Azərbaycanda yaranan “QHT Məktəbi”nin başlıca məqsədinin vətəndaş cəmiyyəti institutları üçün kadr hazırlığı ilə bərabər, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və bacarıqlarının artırılmasından ibarət olduğunu diqqətə çatdırıb.
“Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə təşkilat tərəfindən indiyədək 1500-ə yaxın şəxsin təlimlərə cəlb edildiyini, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, ictimaiyyətlə əlaqələrin qurulması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı və s. mövzuların təlimçilərə keçildiyini bildirib.
Universitetin biznes idarəçiliyi fakültəsinin dekanı Sənan Əliyev bildirib ki, 2015-ci ildə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi ilə bağlanmış memoranduma əsasən vətəndaş cəmiyyəti institutlarının kadr potensialını artırmaq məqsədilə “QHT Məktəbi”nin yaz təlimlərinə start verilib. Məktəbə 300-dən çox müraciət olub. İlkin seçimlərdən sonra müxtəlif ali təhsil müəssisələrindən 28 namizəddən 22 nəfər təlim kursunu uğurla başa vurub.
Tədbirin sonunda təlimləri müvəffəqiyyətlə başa vurmuş iştirakçılara diplomlar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar