Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan Sosial İş” İctimai Birliyinin təşkilatçılığı ilə ABŞ-ın Fulbrayt proqramı çərçivəsində “Sosial xidmətlərin yaradılması” mövzusunda seminar təşkil olunub.
Birləşmiş Ştatların Çikaqo şəhərində fəaliyyət göstərən Dominikan Universitetinin professoru, sosial iş üzrə tanınmış mütəxəssis Letisia Villarreal-Sosanın keçirdiyi seminarda ATMU-nun müvafiq ixtisas üzrə bakalavr və magistratura pilləsində təhsil alan tələbələri və müəllimlər iştirak edib.
Seminarda “Azərbaycan Sosial İş” İB-nin icraçı direktoru Lamiyə Rzayeva da tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, bu ilin sonunadək professor Villarreal-Sosanın ölkəmizə daha iki səfəri nəzərdə tutulur. Bu səfərlər çərçivəsində ATMU-nun sosial iş üzrə təhsil alan tələbələri üçün müxtəlif seminar və təlimlərin təşkili planlaşdırılır.