Azərbaycan yenidən “IMEX Frankfurt” sərgisində

Azərbaycan Konqreslər Bürosu aprel ayının 19-dan 21-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək "IMEX Frankfurt-2016" sərgisində yenidən ölkəmizi təmsil edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosu ilə yanaşı, ölkəmizi sərgidə qurumun tərəfdaşları olan və turizm sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri də təmsil edəcək. “Absheron Hotel Group”, “Four Seasons Hotel Baku”, “Geo Travel”, “Hilton Hotel Baku”, “JW Marriott Absheron Baku”, “Kempinski Badamdar Baku” və “PASHA Travel” ölkəmizi təmsil edəcək şirkətlər arasındadır.
“IMEX Frankfurt” beynəlxalq konqres və konfransların təşkili, əhatəli tədbirlərin keçirilməsi və həvəsləndirici turizm sahəsində xidmətlərin göstərilməsində maraqlı olan minlərlə alıcını hər il eyni platformada görüşdürür.
Builki sərgidə 15 mindən çox turizm peşəkarının iştirakı gözlənilir. Sərgi çərçivəsində 65 mindən çox görüşün təşkil olunması planlaşdırılıb.
Beynəlxalq sərmayələrin cəlb olunması və dünya turizm bazarında cəlbedici görüşlər məkanı statusunun qazanılması baxımından Azərbaycan Konqreslər Bürosunun bu cür tədbirlərdə iştirak etməsi olduqca vacibdir. Eyni zamanda belə tədbirlərdə Azərbaycanın turizm potensialının tanıdılması bu sahədə görülən işlərə dəstəkdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar