Azərbaycan Turizm və Menecment Universiteti ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz arasında memorandum imzalanıb.
Mərasimdə çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov tədris ocağının həm ikitərəfli beynəlxalq əlaqələrə, həm də ölkəmizdəki müvafiq təşkilatlarla əməkdaşlığa önəm verdiklərini bildirib, imzalanacaq memorandumun əhəmiyyətini vurğulayıb.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev qeyd edib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər zaman çıxışlarında mədəniyyət və turizm müəssisələrinin əməkdaşlığının önəmini diqqətə çatdırır. Bu baxımdan yeni anlaşma bu sahələrin inteqrasiyasında və xüsusilə, regionlarda fəaliyyət göstərən insanların təhsil probleminin həlli istiqamətində müsbət nəticə verəcək.
Sonra memorandum imzalanıb. Sənədə əsasən tərəflər Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, ölkəmizin turizm imkanlarının tədqiqi və turizmin inkişafının elmi əsaslarının hazırlanması istiqamətində birgə konfrans, seminar və elmi-praktik tədbirlər keçirəcəklər. Elmi-metodik vəsaitlərin, eyni zamanda elmi araşdırma menecmentinə əsaslanan təhlil və peşə təcrübəsi mübadiləsinin aparılması sahəsində birgə fəaliyyət göstəriləcək.
Sənədə mədəniyyət müəssisələrinə turistlərin cəlb edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi və s. məsələlər də daxildir. Memorandumun səmərəli icrası məqsədilə koordinasiya qrupunun yaradılması qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar