Şəhər turları yeni brend altında həyata keçirilir

2016-cı ilin 10 aprel tarixindən etibarən Bakı şəhərində avtobuslarla şəhər turunu təşkil edən “City Sightseeing” MMC öz fəaliyyətini dayandırıb. Aprelin 11-dən şəhər turunu “Baku City Tour” adlı yeni brend altında Bakı Turizm İnformasiya Mərkəzi həyata keçirir. “Qədim və müasir Bakı” adlı marşrut əvvəlki “City Sightseeing” marşrutunu təkrar edir və bu marşrutda yeni “Mercedes Benz” markalı 3 ikimərtəbəli və 3 “Mercedes Benz” sprinter mikroavtobusları işləyəcək. Eyni zamanda sprinter avtobusları Heydər Əliyev adına Beynəlxalq Hava Limanına transfer, Bakı ətrafı (Qobustan, Qala, Yanardağ, Atəşgah) və respublikanın müxtəlif regionlarına qonaqların və turistlərin səyahətinin təşkili üçün şirkətlərin və mehmanxanaların sifarişi ilə istifadə oluna bilər.
“Baku City Tour”un əlaqə telefonları: (+994 12) 498 12 44, (+994 50) 365 40 21







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar