Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyi, BMT-nin Dünya Turizm Təşkilatı, “Özbəkturizm” milli şirkəti və “Böyük İpək Yolu” reklam agentliyi Daşkənddə “İstirahət dünyası-2016” adlı dördüncü beynəlxalq turizm sərgisi keçirib.
Tədbirə 27 ölkədən 200-dən artıq turizm şirkəti, Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri qatılıb. Ölkəmizi sərgidə Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Sərginin açılışında bildirilib ki, Özbəkistanda turizmin inkişafı üçün hər cür şərait yaradılıb. Səmərqənd, Buxara, Xivə, Şəhrisabz və digər qədim şəhərlər milli mədəni ənənələri və möhtəşəm tarixi abidələri ilə zəngindir. Ölkədə 530 turoperator, 430-dan artıq mehmanxana fəaliyyət göstərir.
Sərginin Azərbaycan guşəsində ölkəmizin tarixi, iqtisadiyyatı, turizm potensialı, ədəbiyyatı, mədəniyyəti ilə bağlı kitablar, həmçinin milli musiqi alətləri, milli mətbəx nümunələri, suvenirlər nümayiş etdirilib. Mərkəzin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar