Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fuda mayın 15-də Azərbaycana səfər edəcək.
Misirin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, qubernator geniş nümayəndə heyəti ilə birlikdə səfər edəcək. Heyətdə turizm və hotelçilik sahəsində fəaliyyət göstərən 10-dan çox şirkətin nümayəndələri də yer alacaq.
Səfər çərçivəsində Bakı və Şarm əl-Şeyx arasında birbaşa reysin açılması ilə bağlı məsələlər, iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi, Misir ilə Azərbaycan turizm şirkətləri arasında müqavilələrin imzalanması və digər məsələlər müzakirə olunacaq.