Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Koreyanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərindədir.
8-14 may tarixini əhatə edən səfərin məqsədi Azərbaycana turistlərin cəlb olunması, iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılmasıdır.
Səfər çərçivəsində mayın 10-da “Hilton Baku” mehmanxanasında Koreya və Azərbaycanın turizm təmsilçilərinin işçi görüşü (workshop) keçirilib. Görüşdə “AGT”, “Geo Travel”, “Regea Travel”, “Turizm.az”, “Khazar Travel”, “Victory Tour”, “Granit AS”, “Silkway Travel” turizm şirkətləri və “Kempinski Badamdar”, “Park İnn” mehmanxanaları təmsil olunub.
Görüşün əvvəlində ölkəmizin turizm potensialına dair video təqdimat izlənilib. Qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar Qəbələ və Şəkiyə səfər edərək bu regionların turizm potensialı ilə də tanış olacaqlar.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar