Mayın 6-da Mingəçevir Turizm Kollecində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Turizm - mədəniyyətimizin müasir təbliğat strategiyası” mövzusunda interaktiv seminar, habelə mərkəzin sayt və facebook səhifəsinin təqdimatı keçirilib.
Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov tədris ocağı barədə məlumat verib, fəaliyyət göstərdiyi 10 il ərzində burada 12 ixtisas üzrə 5 minə yaxın mütəxəssis yetişdirildiyini söyləyib. Direktor yeniyetmə və gənclərə, tələbələrə mədəniyyətimizin təbliğində fəal olmağı tövsiyə edib.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdiri Sənan Talıbov tələbələri mərkəzin saytından və sosial şəbəkə səhifəsindən faydalanmağa, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, müasir dövrdə milli irsimizi, mədəniyyətimizi daha fəal təbliğ etməyə çağırıblar.
Mərkəzin əməkdaşları ilə tələbələr arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində media nümayəndələri və seminarda fəal iştirak edən tələbələr diplomlarla təltif olunublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar