“Silk Way Travel” şirkəti yay mövsümündə Qırmızı dənizin məşhur Şarm Əl-Şeyx kurortuna yeni və sərfəli qiymətlərlə turlar təklif edir.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, 380 dollardan başlayan bu təklifə birbaşa uçuş (“Air Cairo” aviaşirkəti ilə), 6 gecə/7 gün dördulduzlu hoteldə qalmaq, sığorta və transfer xidməti daxildir. Qiymətlər 2016-cı il iyunun sonunadək qüvvədədir. Viza turist tərəfindən Şarm Əl-Şeyx hava limanına gəldikdə (25 dollardır) ödənilir.
Şarm Əl-Şeyx kurortuna ilk uçuş iyunun 3-də yerinə yetiriləcək. Uçuşlar “Air Cairo” aviaşirkəti tərəfindən həftədə 1 dəfə - hər cümə günü həyata keçiriləcək.