Əməkdaşımız tərəfindən Booking.com onlayn bronlaşdırma platforması üzrə Bakı və Tbilisi şəhərlərindəki mehmanxanalar arasında araşdırma aparılıb. Müqayisəli təhlillər Bakıda fəaliyyət göstərən mehmanxanaların orta qiymətlərinin Tbilisidəki mehmanxanaların təqdim etdiyi orta qiymətlərdən təhlilin aparıldığı aylar üzrə daha aşağı olduğunu göstərib.

Araşdırmada hər iki şəhərdə fəaliyyət göstərən 2-5 ulduzlu mehmanxanaların 2016-cı ilin may, iyun, iyul və avqust aylarında təsadüfi olaraq seçilmiş tarixlər üzrə təqdim etdiyi 2 nəfərlik standart otaqlarda 3 gecəlik orta qiymətlər müqayisə edilib.
Məsələn, iyun ayında Bakı şəhərindəki 2 ulduzlu mehmanxanalarda 2 nəfərlik standart otaq qiymətləri 70-90 dollar (3 gecə üçün) olduğu halda bu göstəricilər üzrə Tbilisidəki qiymətlər 95-245 dollar arasında dəyişir.
May ayı ərzində Bakıda 4 ulduzlu mehmanxanalarda təqdim edilən qiymət intervalı 64-401 dollar (3 gecə üçün), 5 ulduzlu mehmanxanalarda 191-926 dollar (3 gecə üçün) arasında göstərilir. Tbilisi şəhərində isə bu qiymətlər intervalı 4 ulduzlu mehmanxanalar üçün 218-728 dollar, 5 ulduzlu mehmanxanalar üçün isə 752-1253 dollar təşkil edir.
Məlumat üçün bildirək ki, qeyd edilən 4 ay üzrə yerləşdirmə tarixlərini, qonaqların qalma müddətini və sayını, eləcə də otaq növünü dəyişdirdikdə, analoji vəziyyət müşahidə edilib və Bakı şəhərindəki 2, 4 və 5 ulduzlu mehmanxanalarda təqdim edilən qiymətlər, Tbilisidə təqdim edilən qiymətlərdən daha aşağı olub.
Ümumiyyətlə, araşdırma nəticəsində əldə edilən müqayisəli nəticələr Bakı şəhərində mehmanxanalar üzrə təqdim edilən qiymətlərin Tbilisi ilə müqayisədə 2 ulduz kateqoriyası üzrə ortalama 35%, 4 ulduz kateqoriyası üzrə 44%, 5 ulduz kateqoriyası üzrə 59% daha aşağı olduğunu göstərib.
Qeyd edək ki, Bakı şəhəri üzrə təhlildə qeyd edilən mehmanxanaların ulduz kateqoriyaları “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” Azərbaycan Dövlət Standartına uyğun deyil, booking.com onlayn bronlaşdırma platformasının təqdim etdiyi ulduz kateqoriyasına əsasən müəyyən edilib.
Xatırladaq ki, booking.com onlayn bronlaşdırma platforması üzərindən aparılan əməliyyatlar intensiv olduğu üçün yuxarıda qeyd edilən qiymətlər 27 may tarixinədək edilmiş sifarişlər əsasında müəyyən olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar