Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) və Dünya Turizm Etika Komitəsi qurumun “Etika mükafatı”nı təsis edib.
Təşkilatın saytında yer alan məlumata görə, mükafat Turizmin Qlobal Etika Kodeksinə riayət etməklə daha məsuliyyətli və davamlı sahibkarlıq fəaliyyəti göstərən şirkətlərə təqdim olunacaq. Kodeksi imzalamış 64 ölkədən 463 şirkət və müəssisə bu sənədə riayət olunması və onun prinsiplərinin yayılması öhdəliyini götürüb.
Mükafata namizədliyi irəli sürülən şirkətlər beş sahədə, o cümlədən korporativ idarəçilik və biznes etikası, iş yerlərinin keyfiyyəti, sosial ədalət və insan hüquqları, cəmiyyətin rifahı və ekoloji davamlılıq sahələrindən ən azı ikisində öz fəaliyyətlərinin uzunmüddətli xarakterə malik olmasını və müsbət təsirini sübut etməlidir.
Birinci mükafatın laureatları 2017-ci il yanvarın 18-də İspaniyanın paytaxtı Madriddə DTT-nin IFEMA/FITUR beynəlxalq turizm sərgisinin birgə təşkilatçılığı ilə keçirəcəyi mərasimdə elan ediləcək. Mükafat üçün namizədliyi sentyabrın 30-dək irəli sürmək olar.
Xatırladaq ki, Azərbaycan Turizmin Qlobal Etika Kodeksinə 2014-cü ildə qoşulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar