Azərbaycan Yazıçılar Birliyi və “İnterfaks-Azərbaycan” informasiya agentliyi kitabların tanınmasına yönələn birgə layihə həyata keçirməyə başlayıb. Birliyin sədri, Xalq yazıçısı Anar layihənin əhəmiyyətini qeyd edərək bildirib ki, məqsəd yazıçılarımızın əsərlərinin təbliğidir. “İnterfaks-Azərbaycan” agentliyinin saytında “Azərbaycanda kitab məhsullarının yenilikləri” adlı rubrikanın yaradılması da nəzərdə tutulur. Burada AYB tərəfindən resenziya verilən yeni kitablar barədə məlumatlar yerləşdiriləcək.