Azərbaycanda tarixi roman janrının yaradıcısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin 140 illiyi münasibətilə yeni kitab işıq üzü görüb. “Məmməd Səid Ordubadi: taleyi və sənəti” adlı kitab AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi əməkdaşları tərəfindən Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə hazırlanıb.
   “Əcəmi” nəşriyyatında çap olunan kitabda Ordubadinin ədəbi irsinin və ziddiyyətli taleyinin müxtəlif məqamları təhlil olunur. Burada həmçinin ədibin elmi-ictimai mühitə bəlli olmayan bəzi dram əsərlərindən də söz açılır.
   
   Fariz Yunisli