Fevralın 23-də “Trend” İnformasiya Agentliyinin Mətbuat Mərkəzində “Xocalıya ədalət” beynəlxalq məlumat-təşviqat kampaniyasının və www.justiceforkhojaly.org İnternet saytının təqdimat mərasimi keçirildi. Qeyd edək ki, “Xocalıya ədalət” kampaniyası İslam Konfransı Təşkilatına üzv olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan olunmuş və 8 may 2008-ci ildən start götürüb.
   
   Xocalı şəhərində insanlığa qarşı törədilmiş qanlı cinayətin dünya ictimaiyyətinə çatdırılması, ona hüquqi, siyasi qiymət verilməsi və bu sahədə təşviqat aparılması məqsədlərini daşıyan kampaniyanın beynəlxalq səviyyədə rəsmi açılışı sabah həyata keçiriləcək. Həmin gün kampaniyanın və həmçinin onun İnternet saytının (www.justiceforkhojaly.org) Avropa, Amerika və Asiyanın bir çox paytaxt şəhərlərində təqdimatının keçirilməsi ilə bu mühüm tədbirə beynəlxalq səviyyədə start veriləcək.
   İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun Baş katibi Elşad İsgəndərov bildirdi: “Əsas məqsədimiz beynəlxalq ictimaiyyəti “Xocalıya ədalət” kampaniyasının auditoriyası və iştirakçısına çevirməkdir. Sayt vasitəsilə kampaniyanı iki istiqamətdə aparmaq mümkün olacaq. Sayt iştirakçıları olacaq gənclər Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, orada faciə ilə bağlı şəkillər yerləşdirə bilərlər. Şəkillərdə “Xocalıya ədalət” şüarı əksini tapmalıdır. İkinci istiqamətdə Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi üçün müraciətlər kampaniyası aparılacaq. Bu kampaniyaya martın ortalarında start veriləcək. Bu gündən dünyanın 20 paytaxt şəhərində kampaniya və saytın təqdimatı olacaq”.
   E.İsgəndərovun bildirdiyinə görə, bu ilin dekabrın 10-da kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı toplanmış imzalar, şəkillər, onun siyasi-hüquqi cəhətlərdən tanınması ilə bağlı müraciətlər BMT-nin İnsan Haqları Şurasına təqdim olunacaq.
   Elşad İsgəndərov bildirdi ki, saytda Xocalı faciəsi ilə bağlı qətnaməyə 112 təşkilat və 850 şəxs imza atıb. “Sayt istifadəçilərinin kampaniyaya qoşulmaq imkanı olacaq. Hər kəs kampaniyanın iştirakçısı ola və ona maliyyə dəstəyi göstərə bilər.”
   Tədbirdə bildirildi ki, İnternet sayta erməni hakerlərinin hücum və təxribatları olub. Onlar saytın yayımının qarşısını almaq istəyirmişlər. Amma buna imkan verilməyib.
   Qeyd olundu ki, kampaniyanın və onun saytının Vaşinqton, İstanbul, Moskva, Berlin, Buxarest, Əl-Riad, İsgəndəriyyə, Nyu-York, Kiyev, Vyana, Brüssel, Riqa, London, Ottava və başqaları şəhərlərdə təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur.
   İl ərzində saytın fransız, ərəb və rus dillərində də versiyalarının hazırlanmasının nəzərdə tutulduğu bildirildi.
   
   ELMİN







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar