Bugünlərdə 2009-cu il «Uşaq ili» çərçivəsində «Gənc Liderlər» Uşaq Təşkilatı və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə köməyə ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi təşkil olunub. Qeyd edək ki, bayram tədbiri AMV İstehsalat Şirkətinin maliyyə dəstəyi ilə baş tutdu. Müxtəlif məktəb və internatları təmsil edən 30-dan artıq uşağın iştirakı ilə baş tutan mərasimdə onlar üçün bayram süfrəsi açılıb, musiqi nömrələri təqdim olunub.
   Bayram tədbirini giriş sözü ilə açan «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı aztəminatlı ailələrə diqqətin vacibliyindən danışaraq, uşaqları bayram münasibəti ilə təbrik edib. GLUT sədri dövlətin uşaqlara olan qayğısını xüsusi vurğulayaraq, ictimai təşkilatların da bu siyasətə dəstək verməli olduğunu deyib.
   Daha sonra çıxış edən Səbail Rayon İH başçısının I müavini Xalidə Bayramova uşaqları salamlayaraq, onların daim dövlətin diqqətində olduğunu bildirib.
   Bayram tədbirinə dəstək verən AMV İstehsalat Şirkətinin direktoru Səyyar Əliyev uşaqların ölkəmizin gələcəyi olduğunu deyərək, sahibkarların da uşaqlara dəstək aksiyalarına qoşulmasının vacibliyini vurğulayıb. S.Əliyev ölkə prezidentinin «Biz kapitalı gələcəyimizə qoymalıyıq» fikrini xatırladaraq, kimsəsiz uşaqlara qayğının daha da artırılmasını vacib sayıb.
   Bayram şənliyində uşaqlar rəqs edib, müxtəlif şeirlər deyib, mahnılar oxuyublar. Sonda şənlikdə fəal olan uşaqlara hədiyyələr təqdim olunub.  

   ELMİN







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar