Bügünlərdə G.Şaroyev adına 35 saylı Musiqi Məktəbində görkəmli bəstəkar, xalq artisti Arif Məlikovla görüş keçirildi.
Professional musiqi salnaməmizə müxtəlif janrda yazılmış əsərlərin müəllifi kimi daxil olan A. Məlikovun həyat və yaradıcılıq yolu barədə tədbir iştirakçılarına məlumat verildi. Qeyd olundu ki, bəstəkar, pedaqoq, rəssam, görkəmli ictimai xadim kimi çoxşaxəli fəaliyyət göstərən A.Məlikov Azərbaycanın hüdudlarından kənarda da tanınıb.
G.Şaroyev adına 35 saylı Musiqi Məktəbinin direktoru, əməkdar müəllim Yusif Vəliyev bəstəkarla bağlı düşüncələrini dilə gətirdi: “A.Məlikov Q.Qarayevin tələbəsi olub. Q.Qarayevin hər dərsi tələbələr üçün əsl yaradıcılıq prosesi və nadir isdedada malik musiqiçi ilə ünsiyyətdə olmaq demək idi. A.Məlikov yaradıcılığı çox zəngindir. O, daim axtarışda olan sənətkardır. Onun musiqisində janrlar geniş təmsil olunub. D.D. Şostakoviç sənətkar barədə demişdir: “O, istedadlı bəstəkardır, onun musiqisi həqiqətən professionaldır. “Məhəbbbət əfsanəsi” baletinin partitura dramaturgiyası, onun daxili inkişafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliliyi, nadir orkestrovka sənəti, onun xüsusi boyaları, çoxlu tapıntılar bu istedadlı musiqi əsərini böyük maraqla dinləməyə məcbur edir. Şişirtmədən demək olar ki, bu tamaşa balet sənətində bir mərhələdir”.
Tədbirdə məktəbin şagirdləri - Arif Aslanov (“Məhəbbət əfsanəsi” baletindən “Noktyurn”), Şakir Süleymanov, Nicat Musayev (“İki qəlbin dastanı” baletindən “Qızların rəqsi”, “Komdenin xəyalları”), Narın Musayeva (“Məhəbbət əfsanəsi” baletindən “Məhmənəbanunun gözəlliklə vidalaşması”), Çinarə Quliyeva (“Lay-lay” romansı), Sevinc Mustafayeva (“Ulduzlar sönmürlər” filmindən mahnı), həmçinin Bakı Musiqi Akademiyasının tələbələri Gülnar Axundova, Xatirə Heydərova (“İki fortepiano üçün Skertso”) ifa etdilər. A.Məlikovun yetirmələrindən olan, bu musiqi məktəbində pedaqoji fəaliyyət göstərən Bikə Axundovanın şagirdləri, bəstəkarlıq sinfində təhsil alan şagirdlər kiçikhəcmli əsərlərini təqdim etdilər. Yetişməkdə olan gənc bəstəkarların əsərləri - Nərmin Rzayevanın “Skripka ilə fortepiano üçün pyes”i, Ramin Quliyevin “Fortepiano üçün iki prelüd”ü , Rəbiyə Mədətovanın “Tar ilə fortepiano üçün poema”sı səsləndi.
Sonra A. Məlikov iştirakçıların suallarına cavab verərək, şagirdlərə hər zaman öz üzərlərində işləməyi məsləhət gördü: “Bilirsiz, insan ömrünün 5-10 ilini həddindən artıq çox çalışmalıdır ki, zirvəyə çatsın. Özünüzü yetişdirin ki, qarşınıza çıxan fürsətləri, təsadüfləri dəyərləndirə biləsiniz. İnsanın həyatında qapı 1 dəfə, 5 dəfə ona açılır. Hazır olsanız, o qapıdan keşəcəksiniz. Hazır olmaq üçünsə çalışmaq, zəhmət çəkmək lazımdır. Heç nə havayı, göydən düşmür.
Təsəvvür edin ki, həyatda sizin hər ayağınızdan on istedadsız adam yapışacaq. Bəlkə də çox. Amma sizin ayaqlarınız o qədər güclü olmalıdır ki, irəliyə gedə biləsiniz. Sizə uğurlar arzulayıram”.
Qeyd edək ki, bu məktəbdə tanınmış musiqi xadimləri ilə görüşlərin keçirilməsi ənənə halını alıb. Bu layihə uşaqları sənətə həvəsləndirmək üçün həyata keçirilir.
Turan