“Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” tədbirlər çərçivəsində Gəncə şəhərində “Övlad işıqdır” II Uşaq Kitab Festivalı keçirildi. Festivalda “Müstəqilliyimizin əbədi memarı”, ”Ana dili hikmət xəzinəsi”, “Çox oxusan, çox bilərsən”, “Ulu Gəncəm”, “Mənim nağıl dünyam” və s. sərgilərdə 700 artıq kitab, “Fırçaların rəqsi”, “Nə yoğurdum, nə yapdım, görün nələr yaratdım” əl işlərindən ibarət sərgilər nümayiş olundu. Tədbirin bədii hissəsində Gəncə Dövlət Kukla Teatrının aktyorları, musiqi məktəblərinin kollektivlərinin çıxışları festival iştirakçılarının diqqətini cəlb etdilər. Şəhər ümumtəhsil məktəblərinin şagirdləri ifasında “Mənim dilim-kimliyim” ədəbi kompozisiyalar, Özəl Türk Liseyinin şagirdlərinin ifasında isə N.Gəncəvinin “Xeyir və Şər” əsərinin motivləri əsasında səhnələşdirilmiş kompozisiya göstərilib. Festivalda şəhərin 34, 46 saylı uşaq bağçalarının körpə fidanlarının ifasında müxtəlif rəqslər və mahnılar ifa olunub. Kitabxananın fəal oxucularının ifasında ulu öndər Heydər Əliyevə, vətənə, torpağa, Qarabağa, həsr olunmuş şerlər səslənib. Şəhərin gənc idmançıları bir sıra maraqlı idman nömrələrini kitabsevərlərə nümayiş etdiriblər. Tədbirdə fərqlənən ifaçılara şəhər Mərkəzi kitabxanası tərəfindən kitablar hədiyyə olunub. Festival “Qalx ayağa, Azərbaycan” şeiri və “Azərbaycan” mahnısının sədaları altında sona catıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar